» » BNEZ-də Azərbaycanın sabiq neft emalı sənayesi nazirinin yubileyi qeyd edilib

BNEZ-də Azərbaycanın sabiq neft emalı sənayesi nazirinin yubileyi qeyd edilib


Heydər Əliyev adına Bakı Neft Emal Zavodununda (BNEZ) əməkdar mühəndis Kamil Akimovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

ucarliyiq.biz xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti Davud Məmmədov açıb.

O, yubilyardan çox şey öyrəndiklərini deyib. Daha sonra K.Akimov haqqında film nümayiş etdirilib.

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə yubilyarla bağlı xatirələrini bölüşüblər.

Xatırladaq ki, Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabadda doğulub. O, Bakı Neft Texnikumunu və Azərbaycan Sənaye İnstitutunu bitirib. Bakı Neft Emalı Zavodunun direktoru (1964-67), Azərbaycan SSR Neft Emalı Sənayesi nazirinin birinci müavini (1967-70), Azərbaycan SSR Neft Emalı Sənayesi naziri (1970-80) vəzifələrində çalışıb. K.Akimov hazırda SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktorunun məsləhətçisidir. O, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri ilə təltif edilib, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Alimin 10-dan artıq ixtirası, 30-a qədər təklifi neft emalı sənayesində istifadə edilir.

Interesting facts scroll top