» » Çində VPN qadağan ediləcək

Çində VPN qadağan ediləcək

Çində VPN qadağan ediləcək
© Getty Images

Çin hökuməti "kibersuverenliyin" təmin edilməsi çərçivəsində yerli telekommunikasiya şirkətlərini virtual özəl şəbəkə (VPN) xidmətlərinə çıxış təklif edən servisləri bağlamağa məcbur edib.

ucarliyiq.biz "Vesti.Ru"ya istinadən xəbər verir ki, ölkədəki ən nəhəng dövlət provayderləri, o cümlədən "China Mobile", "China Unicom" və "China Telecom" tələbləri gələn il fevralın 1-dək yerinə yetirməlidir.

Qeyd edək ki, VPN bağlantılara əsasən anonim internet-serfinq və ya torrent-terker tərəfdarları, eləcə də senzurayla tətbiq olunan qadağalardan yayınmaq istəyənlər istifadə edir. Qorunan kanallardan həmçinin işçilərinin məsafədən də şəbəkəyə qoşula bilməsinə şərait yaradan böyük şirkətlər də istifadə edir.

Əlavə edək ki, artıq uzun müddətdir "Facebook", "YouTube" və "Twitter"in qadağan edildiyi Çində sakinlər bloku aradan qaldırmaq üçün tez-tez VPN-şəbəkələrdən istifadə edir.

scroll top