» » Gürcüstanda keçirilən rəy sorğusunun nəticələrinə görə, prezident İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir

Gürcüstanda keçirilən rəy sorğusunun nəticələrinə görə, prezident İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir


Tbilisi. 12 iyul. Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada “Ən xeyirxah” lider seçilib.

“Report”un Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, Gürcüstanın “Kviris palitra” qəzeti 500 nəfər arasında rəy sorğusu keçirib.

Respondentlərə “Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir?” - sualı təqdim olunub. Rəyi sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib.

Xeyirxah liderlər sırasında ABŞ prezidenti Donald Tramp ikinci, Ukrayna prezidenti Pyotr Poroşenko üçüncü yerdədə qərarlaşıb.

Qeyd edək ki, Angela Merkel, Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan və Tereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.

Interesting facts scroll top