» » Nigeriya hərbçiləri ilə "Boko Haram" döyüşçüləri arasında atışma olub: ölənlər var

Nigeriya hərbçiləri ilə "Boko Haram" döyüşçüləri arasında atışma olub: ölənlər var

Nigeriya hərbçiləri ilə "Boko Haram" döyüşçüləri arasında atışma olub: ölənlər var

Nigeriyada "Boko Haram" qruplaşmasının hərbçilərə hücumu zamanı 3 hərbi qulluqçu həlak olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Agency France Presse" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-şərqində baş verib. Belə ki, silahlılar Kamerunla sərhəddə yerləşən Qvoza şəhəri yaxınlığında hərbçilərə atəş açıblar.

"Əsgərlərin konvoyu (müşahidə edən dəstə) və drujinaçılar Hambaqda kəndində "Boko Haram" terrorçularının pusqusuna düşüb. Nəticədə 3 əsgər həlak olub" – deyə ordu nümayəndələrindən biri bildirib.

Atışma zamanı həmçinin iki silahlı da məhv edilib.

scroll top