» » ATƏT-in yeni baş katibi isveçrəli diplomat olacaq

ATƏT-in yeni baş katibi isveçrəli diplomat olacaq

ATƏT-in yeni baş katibi isveçrəli diplomat olacaq

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) daxil olan ölkələr yeni baş katibin namizədliyini razılaşdırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə hazırda təşkilata sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Курç mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkələr konsensusla İsveçrə diplomatı Tomas Qreminqeri bu vəzifəyə təsdiq edilməsi təklifini dəstəkləyiblər.

Tərəflər həmçinin digər boş qalan üç posta da təyinatı razılaşdırıblar. Belə ki, keçmiş baş katibi Lamberto Zanner ATƏT-in milli azlıqlar üzrə komissarı postunu tutacaq. KİV azadlığı üzrə nümayəndə vəzifəsinə fransalı Arlem Dezir təyin olunmalıdır. İslandiya təmsilçisi isə Solrun Qisladottir seçkilərin monitorinqi ilə məşğul olan demokratiya və insan hüquqları (DTİHB) üzrə Büronun direktor vəzifəsini tutacaq.

Qərarlar xarici işlər nazirlərinin Avstriyanın Marurbax şəhərində keçirilən qeyri-formal sammitində razılaşdırılıb.

Zannerin səlahiyyəti iyulun 1-də başa çatdığından təşkilatın baş katib vəzifəsi boş qalmışdı.

Interesting facts scroll top