» » Ukraynanın Şebelinsk zavodu ilk dəfə Azərbaycan neftini emal edəcək

Ukraynanın Şebelinsk zavodu ilk dəfə Azərbaycan neftini emal edəcək

Ukraynanın Şebelinsk zavodu ilk dəfə Azərbaycan neftini emal edəcək

Ukraynanın Şebelinsk qaz emalı zavodu ilk dəfə Azərbaycan neftini emal edəcək.

“Report”un “OilNews” saytına istinadən verdiyi xəbərə görə, “Ukrtransnafta” şirkətinin baş direktorunun I müavini Andrey Pasişnik “Ukrayna energetika birja”sının platformasında keçirilən elektron ticarətdə “Ukrtransnafta”nın təqdim etdiyi 5 min ton “Azeri Light” markalı xam neftin hamısının “Ukrqazdobıça” şirkəti tərəfindən alındığını bildirib.

O qeyd edib ki, hərraca üç iştirakçı qatılıb. Hərracın qalibi, bütün həcmi başlanğıc qiymətinə alan “Ukrqazdobıça” şirkəti olub. Ticarət differensial rejimdə həyata keçirilib.

Azərbaycan nefti FCA (Free Carrier) şərtləri ilə Kaqamlık dəmiryolu stansiyasından (Kremençuq neft emalı zavodu) iyulun 19-dan avqustun 10-u müddətində daşınma şərti ilə satılıb.

Kremençuqda “Ukrtransnafta”nın aldığı 38 min ton “Azeri Light” markalı nefti saxlanılır.

Qeyd edək ki, “Ukrqazdobıça” Ukraynanın ən böyük təbii qaz hasilatçısıdır və ümumi hasilatın 70%-dən çoxu onun payına düşür. Şirkətin tərkibinə Şebelinsk qaz emalı zavodu və Xarkov vilayətində 18 ədəd yanacaqdoldurma stansiyaları şəbəkəsi daxildir.

“Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur.

Interesting facts scroll top