» » Tramp FED rəhbərliyinə peşəkar iqtisadçı olmayan şəxsi gətirir

Tramp FED rəhbərliyinə peşəkar iqtisadçı olmayan şəxsi gətirir


ABŞ Prezidenti Donald Trampın administrasiyası 2018-ci ilin yanvar ayında səlahiyyət müddəti bitən Federal Ehtiyat Sisteminin (FED) rəhbəri vəzifəsinə Qari Konun (Gary Cohn) gətirilməsini istəyir. ucarliyiq.biz-in "Interfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Politico" nəşrinə 4 müxtəlif etibarlı mənbə açıqlama verib.

Mənbələrin fikrincə, hazırda bu vəzifəyə ən real namizəd kimi Milli İqtisadi Şuranın rəhbəri Q.Kon göstərilir. Qeyd edək ki, Q.Kon ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının keçmiş top-meneceridir. Bu gün Q.Konun namizədliyinin hazırkı FED rəhbəri Canet Yellenin (Jannet Yellen) ilk yarım il üçün Konqresdə verəcəyi hesabat zamanı da müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, Q.Kon bu vəzifəyə seçilərsə, bu, son 40 ildə ilk dəfə FED rəhbərliyinə peşəkar iqtisadçı olmayan şəxsin gətirilməsi deməkdir.

Interesting facts scroll top