» » Azərbaycan banklarının məcmu aktivləri 30,1 mlrd. manatdır

Azərbaycan banklarının məcmu aktivləri 30,1 mlrd. manatdır


Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30 101,1 mln. manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bunun 27 342,2 mln. manatı bankların cəmi öhdəlikləri, 2 758,8 mln. manatı isə cəmi kapitalıdır.

Mayın 1-nə əhalinin banklarda 2 820,1 mln. manat əmanət olub.

Hesabat tarixinə bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2 476 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edib.

Interesting facts scroll top