» » Azərbaycan bankları bu ilin ilk 5 ayını 178 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan bankları bu ilin ilk 5 ayını 178 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan bankları bu ilin ilk 5 ayını 178 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan bank sektorunun aktivləri bu il iyunun 1-nə 30 101,1 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 4,3% azdır.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Bankların aktivlərinin 47,8%-ni və yaxud 14 378,6 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu ilin 5 ayında bankların kredit portfeli 9,8% kiçilib.

5 ay ərzində bankların cəmi öhdəlikləri 7,4% azalaraq 27 342,2 mln. manat, o cümlədən depozit portfeli 1,5% artaraq 16 651,3 mln. manat olub. Bunun 6 820,1 mln. manatını fiziki şəxslərin depozitləri, 9 831,1,4 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əhalinin əmanətləri 8,2% azalıb, şirkətlərin vəsaitləri isə 9,5% artıb.

Yanvar-may aylarında bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 59,7% azalaraq 683,3 mln. manata düşüb.

Hesabat dövründə kredit təşkilatlatının balans kapitalı 44,5% artaraq 2 758,8 mln. manata çatıb.

5 ay ərzində bankların faiz gəlirləri 839,7 mln. manat, faiz xərcləri 407,5 mln. manat, qeyri-faiz gəlirləri 408,3 mln. manat, qeyri-faiz xərcləri 403,8 mln. manat təşkil edib. Son nəticədə bank sektorunun xalis əməliyyat mənfəəti 436,7 mln. manat olub.

Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 248,6 mln. manat yönəldib, digər mənbələrdən 2,6 mln. manat gəlir əldə edib, 12,5 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da Azərbaycanın bank sektoru ilin ilk 5 ayını 178,2 mln. manat xalis mənfəətlə başa vurub.

Interesting facts scroll top