» » Bu il Azərbaycanda 913 nəfər bank sektorunu tərk edib

Bu il Azərbaycanda 913 nəfər bank sektorunu tərk edib


Azərbaycanda bank işçilərinin sayı bu il iyunun 1-nə 16 034 nəfər təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə 913 nəfər və yaxud 5,4% azdır.

Mayın sonuna bank fililallarının sayı 560, şöbələrin sayı 141, bankomatların sayı 2 476 ədəd təşkil edib. İlin əvvəli ilə müqayisədə bank filiallarının sayı 9 ədəd azalıb, şöbələrin sayı 10 ədəd artıb. Bankomatların sayında isə 15 ədəd artım qeydə alınıb.

scroll top