» » Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 2,05 mln.-u ötüb

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 2,05 mln.-u ötüb


Bu ilin yanvar-iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 46 024 yeni abonent qeydiyyata alınıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bunun da 21 705-i Bakı, Abşeron və Sumqayıt, 24 319-u isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 050 664-ə çatıb.

İyulun 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

scroll top