» » Canet Yellenin ABŞ Konqresində hesabatı açıqlanıb

Canet Yellenin ABŞ Konqresində hesabatı açıqlanıb


ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin (Jannet Yellen) Konqresdə ilk 6 aylıq hesabatının mətni açıqlanıb. ucarliyiq.biz "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, açıqlamalar əsasən yumşaq tonda baş tutub və dolların məzənnəsinin əleyhinə olub. Belə ki, Yellen hesabatda FED-in gələn bir neçə ildə də uçot dərəcəsini artıracağını planlaşdırdığını bildirib. İnflyasiya göstəricisinin qeyri-müəyyənliyini qoruduğunu xatırladan Yellen, monetar siyasətin də buna uyğun olaraq tam əminliklə həyata keçirilə bilmədiyini deyib. FED-in balansını böyük ehtimalla bu il azaltmağa başlayacağını bildirən Yellen, prosesin maliyyə siyasətinin bir parçası olmaması üçün çalışdıqlarını qeyd edib.

Açıqlamalardan sonra dollar bir qədər ucuzlaşmağa başlayıb. ucarliyiq.biz-in analitik qrupu bildirir ki, Yellenin açıqlamaları dolların məzənnəsində kəskin hərəkətlərin qarşısını alıb. Lakin, son günlərdə dolların kifayət qədər ucuzlaşmasını nəzərə alaraq onun bir qədər möhkəmlənməsi və növbəti iqtisadi göstəricilərə görə istiqamət müəyyən etməsi gözlənilir.

scroll top