» » “Bank of Baku”nun kart sahibləri illik 5% gəlir qazanacaq

“Bank of Baku”nun kart sahibləri illik 5% gəlir qazanacaq


“Bank of Baku” ASC “Bolkart debet” və əmək haqqı kart müştərilərinə illik 5% gəlir əldə etmələrinə imkan yaradır. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, tətbiq edilən bu yenilik sayəsində müştərilər, Bankda əmanət hesabı açmadan gündəlik olaraq əlavə gəlir qazana biləcəklər. Əmanət hesabından fərqli olaraq, bu kart sahibləri balanslarındakı vəsaiti istədikləri an heç bir komissiya tutulmadan nağdlaşdıra və ya hesablarından çıxara bilərlər.

İllik 5% gəlir qazanmaq üçün, “Bolkart debet” və “Bank of Baku”nun əmək haqqı kart sahiblərinin balansında minimum 100 manat vəsaitin olması kifayətdir. Əlavə faiz balansdakı qalıq məbləğin üzərinə gündəlik olaraq gəlir. Bu xidmət, hələ ki, manat valyutasında olan kartlara şamil olunur. Cari “Bolkart” sahibləri artıq bu üstünlükdən faydalana bilər.

Interesting facts scroll top