» » "JPMorgan": Monetar ekspansiyanın sona çatması gözlənilməyən risklər yarada bilər

"JPMorgan": Monetar ekspansiyanın sona çatması gözlənilməyən risklər yarada bilər

"JPMorgan": Monetar ekspansiyanın sona çatması gözlənilməyən risklər yarada bilər

ABŞ Federal Ehtiyat Sistemi (FED) monetar ekspansiyaya son versə və balansını azaltmağa başlasa maliyyə bazarları mənfi nəticələrlə üzləşə bilər.

ucarliyiq.biz "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın bazar kapitallaşmasına görə ən iri bankı olan "JPMorgan"ın direktorlar şurasının sədri və baş direktoru Ceymi Daymon (Jamie Dimon), Parisdə keçirilən "Paris Europlace" forumunda çıxışı zamanı bildirib.

C.Daymonun fikrincə, monetar ekspansiyanın sona çatdırılması və FED-in balansını kiçiltməyə başlaması uçot dərəcəsinin artırılması amilindən daha təsirli ola bilər. Belə ki, Mərkəzi Banklar indiyədək heç bir zaman bu cür vəziyyətlə qarşılaşmayıb. Ona görə də heç kim monetar sərtləşdirmənin fəsadlarının nə olacağını proqnozlaşdıra bilməz. FED-in hazırda yumşaq templə balansını azaltması ehtimal edilir. Amma, proses sürətləndikdə onun mənfi təsiri inanılmaz ölçüdə ola bilər.

Qeyd edək ki, FED-in balansı hazırda 4,5 trln. dollar təşkil edir. Bunun 2,5 trln. dolları dövlət istiqrazları, 1,8 trln. dolları isə ipoteka qiymətli kağızlarının payına düşür. FED qiymətli kağızların alışını 2007-2009-cu il maliyyə böhranı zamanı maliyyə bazarlarını likvidliklə təmin etmək məqsədilə həyata keçirib.

Interesting facts scroll top