» » Fransa saxta avro dövriyyəsinə görə ilk sırada yer alır

Fransa saxta avro dövriyyəsinə görə ilk sırada yer alır


Aşkar olunan saxta avro əskinasların həcminə görə Fransa 2016-cı ildə Avrozonada ilk sırada yer alıb.

ucarliyiq.biz-in "Le Figaro" qəzetinə istinadən verdiyi xəbərə görə, saxta əskinasıların 34%-i Fransada aşkar olunub. Bu barədə qəzetə Fransa Milli Polisinin saxta pullarla mübarizə Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, ən çox saxtalaşdırılan 20 və 50 avrolluq banknotlar olub. Bu əskinaslar məcmu aşkar edilən saxta əskinasların 87%-ni təşkil edib. Ümmumiyyətlə, 2016-cı ildə saxta valyuta dövriyyəsinin Fransada 35% azaldığı müşahidə olunub.

scroll top