» » Braziliyanın keçmiş prezidenti korrupsiya işinə görə məhkum edilib

Braziliyanın keçmiş prezidenti korrupsiya işinə görə məhkum edilib

Braziliyanın keçmiş prezidenti korrupsiya işinə görə məhkum edilib
© Foto: Lainfo.es

Sabiq Braziliya prezidenti Lula Da Silva korrupsiyaya dair iş üzrə məhkum edilib. Silva çirkli pulların yuyulmasında təqsirli bilinib.

ucarliyiq.biz xəbər verir ki, sabiq dövlət başçısı 9 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Bu qərar Silvanın yaxın vaxtlarda həbsə salınacağı anlamına gəlmir. Silva Braziliya qanunlarına əsasən, apellyasiya şikayəti verəcəyi təqdirdə, ikinci instansiya məhkəməsinin ittiham hökmünü təsdiqləməsinə qədər azadlıqda qalacaq.

scroll top