» » Gürcüstan neft məhsulları idxalını 13,7 faiz azaldıb

Gürcüstan neft məhsulları idxalını 13,7 faiz azaldıb


Tbilisi. 12 iyul. Cari ilin birinci yarısında Gürcüstan neft məhsulları idxalını 13,7 faiz azaldıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, buna baxmayaraq ölkədə benzin və dizel yanacağına olan tələbat əvvəlki səviyyədə qalıb.

Neft Məhsulları İdxalatçıları İttifaqının sədri Vano Mtvralaşvili deyib ki, 2016-cı ildə ölkədə aylıq idxal 100 min ton təşkil edib. Ötən ilin dekabrında bu rəqəm 170 min tona bərabər olub.

Onun sözlərinə görə, dünyada neft məhsullarının qiymətinin aşağı düşməsi Gürcüstanda da benzinin və dizel yanacağının qiymətlərinin azalmasına səbəb olub.

“Həm toplanmış ehtiyatlar, həm qiymətlərin dəyişməsi, həm də milli valyuta GEL-in dəyərinin sabitləşməsi Gürcüstanda neft məhsulları idxalının azalmasına səbəb olub” – deyə V.Mtvralaşvili vurğulayıb.

Hazırda Gürcüstanda yanacaqdoldurma məntəqələrində super markalı benzinin 1 litri - 2,24-2,35 GEL, premium - 2,14-2,23 GEL, requlyar - 1,94-2,04 GEL, avrodizel - yanacağının 1 litri 1,89-2,04 GEL, dizel yanacağının 1 litri 1,87-1,94 GEL təşkil edir. Bir ABŞ dolları isə 2,4 GELdir.

scroll top