» » “SOCAR Ukraine” qaz idxalını 1,5 dəfə artırıb

“SOCAR Ukraine” qaz idxalını 1,5 dəfə artırıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Ukraine” iyun ayında may ayı ilə müqayisədə Ukraynaya qaz idxalını 1,5 dəfə artırıb.

“Report” “OilNews” saytına istinadən xəbər verir ki, bu barədə “A-95” konsaltinq qrupundan məlumat verilib.

“İyun ayında SOCAR Polşa vasitəsilə Ukraynaya təxminən 36 mln. kubmetr qaz gətirərək qaz idxalını 1,5 dəfə artırıb”,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda şirkətin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi, Kiyevdə “Baku-1” və Odessada “Gəncə” adlı neftdoldurma gəmiləri var.

Interesting facts scroll top