» » Suriya ilə sərhəd yaxınlığındakı anbarda baş verən yanğında 10 Türkiyə əsgəri xəsarət alıb

Suriya ilə sərhəd yaxınlığındakı anbarda baş verən yanğında 10 Türkiyə əsgəri xəsarət alıb


Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayətndə Suriya ilə sərhəd yaxınlığında yerləşən silah-sursat anbarında yanğın baş verib.

ucarliyiq.biz Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində on Türkiyə hərbçisi xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın əvvəlcə Kilis-Qaziantep trasında hərbi hissədə meydana gəlib, sonradan külək vasitəsilə yanğın silah-sursat olan anbara keçib.

İnformasiyaya görə, hadisə nəticəsində xəsarət alan hərbçilər zəhərlənib və xəstəxanaya yerləşdirilib. Hazırda yanğının söndürülməsi üzrə tədbirlər həyata keçirilir.

scroll top