» » Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi layihəsinin vaxtında icrası çox vacibdir"

Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi layihəsinin vaxtında icrası çox vacibdir"

Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi layihəsinin vaxtında icrası çox vacibdir"
© Report.az

Avropa Komissiyasının (AK) enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Gürcüstan Parlamentinin Enerji Birliyinə üzvlüyə dair Protokolun ratifikasiya olunmasını yüksək qiymətləndirərək, Cənub Qaz Dəhlizinin (SGC) vaxtında həyata keçirilməsinin Avropa İttifaqı (Aİ) və regional enerji təhlükəsizliyi üçün vacib olduğunu bildirib. “Report”un Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, M.Şefçoviç dünən Tbilisiyə (Gürcüstan) ikigünlük səfər edib.

AK rəsmisi qeyd edib ki, Gürcüstan SGC-nin reallaşmasında vacib rol oynayır: “SGC layihəsinin vaxtında icrası, xüsusən də əlavə təchizatçı ölkələr baxımından çox vacibdir”.

Komissiyanın vitse-prezidenti Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobahidze ilə ikitərəfli görüşlər keçirəcək.

M.Şefçoviçin həmçinin Batumidə keçiriləcək “Regional stabilliyin qorunması” konfransına qatılacağı gözlənilir.

scroll top