» » Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində hakim partiyanın seçki qərargahına İrakli Kobaxidze rəhbərlik edəcək

Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində hakim partiyanın seçki qərargahına İrakli Kobaxidze rəhbərlik edəcək

Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində hakim partiyanın seçki qərargahına İrakli Kobaxidze rəhbərlik edəcək

Tbilisi. 13 iyul. Bu ilin payızında Gürcüstanda keçiriləcək seçkilərlə əlaqədar hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının seçki qərargahı yaradılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin sədri İrakli Kobaxidze qərargahın rəhbəri təyin olunub.

Qeyd edək ki, oktyabr ayında Gürcüstanda yerli özünü idarəetmə orqanlarına, eləcə də Tbilisi şəhərinin meri və rayonların rəhbərlərinin başçıları vəzifələrinə seçkilər keçiriləcək. Tbilisi şəhərinin meri vəzifəsinə hakim partiyadan Baş nazirin sabiq müavini, keçmiş energetika naziri Kaxa Kaladze, “Vahid Milli Hərəkat” partiyasından “Rustavi-2” telekanalının baş direktorunun müavini Zaal Udumaşvili, “Avropa Gürcüstanı-azadlıq uğrunda hərəkat” partiyasından Yelena Xoştariya, Tbilisi sakrebulunun müstəqil deputatı Aleko Elisaşvilinin namizədlikləri irəli sürülüb.

Təbliğat kampaniyası seçkilərə 60 gün qalanda başlayacaq.

scroll top