» » Rusiya yerli bankların lombarda çevrilməsindən narahatdır

Rusiya yerli bankların lombarda çevrilməsindən narahatdır


Rusiya banklarının son illərdə girovlu kreditləşməyə meyllənməsi ölkənin bank sisteminin böyük bir lombarda çevrilməsinə yol aça bilər. ucarliyiq.biz "Rambler News Service"ə istinadən xəbər verir ki, bu fikri Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina XXVI Beynəlxalq Maliyyə Konqresində səsləndirib.

Baş bankir girovlarla bağlı problemin yaranmasından danışıb: "Rusiya bank sistemində kreditlərin əsas hissəsi girovludur. Girov əlbəttə ki, kredit götürənin borcunu ödəməsi üçün stimullaşdırıcı amildir. Amma çox vaxt görürük ki, banklar kredit verərkən girovun satılaraq kreditin ödənilməsinə ümid bağlayır. Bu da bank sistemini lombarda çevirir".

Interesting facts scroll top