» » İtaliyanın cənubunda güclü yanğınlar tüğyan edir

İtaliyanın cənubunda güclü yanğınlar tüğyan edir

İtaliyanın cənubunda güclü yanğınlar tüğyan edir
© Pinterest

İtaliya hökuməti ölkənin cənubunda artıq bir neçə gündür tüğyan edən onlarla yanğının yaratdığı fövqəladə vəziyyətin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrinin bölmələri cəlb edib.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, İtaliyanın ətraf mühitin mühafizəsi naziri Can Luka Qallettinin təşəbbüsü ilə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi Komitəsi meşə yanğınları ilə bağlı kritik yerlərdə hərbçilərin sayını artırmaq qərarı verib.

"Sakit küçələr" əməliyyatında iştirak edən hərbçilər artıq yanğınsöndürənlərə və Mülki Müdafiə Xidmətinin əməkdaşlarına yardım məqsədilə Kampaniya vilayətində hadisə yerlərinə istiqamətləndirilib.

Söhbət ilk növbədə Vezuvi Milli Parkında yanğının söndürülməsindən gedir. Parkda yanğın nəticəsində artıq yüz hektar sahə məhv olub. Bir neçə gündür dünya şöhrətli vulkanın üzərini qara tüstü buludu alıb. Kampaniyanın digər bölgələrində yanğına qarşı mübarizədə regional aviasiyanın beş helikopteri iştirak edir.

Mülki Müdafiə Xidmətinin məlumatına görə, iyunun 15-dən bəri vilayət orqanlarının aviasiya yardımı üçün rəsmi müraciət sayı 400-ü keçib və bu, ölkə üçün mütləq rekorddur.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğınların çoxunun başvermə səbəbi qəsdən yanğın törədilməsidir.

Interesting facts scroll top