» » Nyu-York rəhbərliyi siçovullarla mübarizə üçün 32 milyon dollar xərcləyəcək

Nyu-York rəhbərliyi siçovullarla mübarizə üçün 32 milyon dollar xərcləyəcək


Nyu-York rəhbərliyi 2018-ci ilin sonuna qədər siçovulların daha çox yayıldığı bölgələrdə - Manhetten, Bronks və Bruklində gəmiricilərin artımını 70% azaltmaq niyyətlərini elan edib.

ucarliyiq.biz "Vesti"yə istinadən xəbər verir ki, bunun üçün şəhər büdcəsindən 32 milyon dollar sərf edilməsi planlaşdırılır.

Qeyd edək ki, 2017-ci ilin əvvəlindən şəhər səhiyyə şöbəsinə siçovullarla bağlı 10 mindən çox şikayət daxil olub. Yuxarıda göstərilən üç bölgədə yerləşən 24 min binanın 15%-də heyvanların fəaliyyət izləri aşkarlanıb.

2017-ci ilin sentyabr ayında başladılacaq proqram çərçivəsində çoxmənzilli binalarda zirzəmilərin döşəmələrinin betonla örtülməsi planlaşdırılır. Həmçinin şəhərdə günəş enerjisi ilə işləyəcək yeni pressləyici konteynerlər quraşdırılacaq, mövcud zibil qutuları isə poladdan hazırlananlarla əvəz olunacaq.

scroll top