» » Alimlər əhalisi ən tənbəl və hərəkətli olan ölkələri müəyyənləşdiriblər

Alimlər əhalisi ən tənbəl və hərəkətli olan ölkələri müəyyənləşdiriblər

Alimlər əhalisi ən tənbəl və hərəkətli olan ölkələri müəyyənləşdiriblər

Stenford Universitetinin alimləri smartfonlardan alınan məlumatlar əsasında əhalisi ən tənbəl və hərəkətli olan ölkələri müəyyənləşdiriblər.

ucarliyiq.biz Rusiya KİV-inə istinadən xəbər verir ki, araşdırmada dünyanın 111 ölkəsindən 717 min kişi və qadın iştirak edib. Onların piyada gəzmək vərdişi 95 gün ərzində tədqiq edilib.

Bütün müasir smartfonların təchiz edildiyi akselerometrlərin köməyi ilə alimlər insanın atdığı addımların sayını hesablamağı bacarıblar. Məlum olub ki, tədqiq edilən ölkələrin vətəndaşları üçün gündəlik orta göstərici 4961 addım təşkil edir.

Gündəlik ən çox addımlayanlar Honkonq (9880) və Çin (6189) sakinləridir. Ən tənbəllər isə Malayziya (3963), Səudiyyə Ərəbistanı (3807) və İndoneziyadır (3513).

Alimlər qeyd ediblər ki, orta addım sayı ayrı-ayrı ölkələrdə orta piylənmə göstəricisi ilə bağlı deyil.

Interesting facts scroll top