» » Gürcüstan Abxaziyadan keçməklə nəqliyyat dəhlizinin açılması məsələsində Ermənistana imtina ilə cavab verib

Gürcüstan Abxaziyadan keçməklə nəqliyyat dəhlizinin açılması məsələsində Ermənistana imtina ilə cavab verib


"Gürcüstan Ermənistan üçün tranzit marşrutlarının açılması məsələsini nəzərdən keçirmir".

ucarliyiq.biz Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyanın ölkəsinin yaxın gələcəkdə Rusiya və Gürcüstan arasında işğal olunmuş regionlar - Abxaziya və Tsxinvali vasitəsilə ticarət dəhlizinin fəaliyyətə başlayacağına ümid etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Z.Abaşidzenin sözlərinə görə, Rusiya və Gürcüstan arasında danışıqlar 2011-ci ilin sazişi əsasında yük dövriyyəsinin monitorinqi üzrə aparılır və Ermənistanın Abxaziya vasitəsilə ticarət dəhlizinin açılmasına ümid etməsinə imkan verən heç bir əlavə şərt yoxdur.

"İndi Rusiya ilə 2011-ci ilin sazişinin qüvvəyə minməsi barədə danışırıq. Bunun üçün həm biz, həm də Rusiya tərəfi İsveçrə şirkəti (SGS) ilə müqavilə bağlamalıyıq. Bu danışıqlarda isveçrəli həmkarlarımız fəal iştirak edir. Müqavilələr üzrə hazırlıq mərhələsini başa vurub imza atmaq lazımdır. Bundan sonra sazişin həyata keçirilməsinə nəzarət edəcək Gürcüstan-Rusiya-İsveçrə işçi qrupu yaradılacaq", - Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi bildirib.

Interesting facts scroll top