» » Yardımlıda kombayn çatışmır

Yardımlıda kombayn çatışmır


Yardımlı. 13 iyul. Yardımlı rayonunda kombayn çatışmır.

ucarliyiq.biz-in Cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı rayonunda bu il əvvəlki illərdən çox əkin işləri aparılıb. Sakinlərin sözlərinə görə, iyirmi ildən çox bir vaxtda əkilməyən pay torpaqlarını, eləcə də icarəyə götürdükləri torpaq sahələrini əkiblər. Buna səbəb isə pay torpaqlarını əkməyəcəkləri halda cərimələnəcəkləri barədə xəbərdarlıq olub.

Zeynələziz, Honoba Şıxları, Gücavar, Honoba kəndləri rayon mərkəzindən təxminən 22-25 km məsafədə, Masallı-Yardımlı yolunun yaxınlığında yerləşir. Sakinlər bu ərazidə ümumilikdə 100 hektar taxıl əkdiklərini, on beş gündən artıqdır ki, taxılın yığılmasına görə texnika üçün müraciət etdiklərini bildirirlər. Lakin, kombayn verməli olan təşkilatlardan xəbər yoxdur. Taxıl yetişdiyindən təsərrüfat sahibləri məhsulun qurd-quşa yem olmasından və yaxud yağış nəticəsində zay olmasından narahatdırlar. Bir neçə gün ardıcıl yağan yağışdan sonra bu narahatlıq daha da artıb.

Interesting facts scroll top