» » Azərbaycanda ilk yarımillikdə sənaye məhsullarının istehsalçı qiymətləri 50% artıb

Azərbaycanda ilk yarımillikdə sənaye məhsullarının istehsalçı qiymətləri 50% artıb

Azərbaycanda ilk yarımillikdə sənaye məhsullarının istehsalçı qiymətləri 50% artıb
© Report.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri illi müqayisədə 49,7%, o cümlədən mədənçıxarma sənayesi üzrə 51,9%, emal sənayesi üzrə 32,8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 59,6%, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5% bahalaşıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6%, o cümlədən mədənçıxarma sənayesi üzrə 8% (xam neft və təbii qaz hasilatı üzrə 8%, metal filizlərin hasilatı üzrə 1,7%), emal sənayesi üzrə 0,4% ucuzlaşıb. Amma elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 2,2% bahalaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə istehsalçı qiymətləri sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri elektrik avadanlıqlarının istehsalı üzrə 7,7%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1%, toxuculuq sənayesi üzrə 1,3%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,9%, içki istehsalı üzrə 0,6%, mebel istehsalı və kimya sənayesi üzrə 0,1% bahalaşıb.

Bundan əlavə, metallurgiya sənayesi üzrə 3,9%, tütün məmulatlarının istehsalı üzrə 3,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,5%, tikinti materiallarının istehsalı üzrə 1,4%, qida məhsullarının istehsalı üzrə 0,7%, neft məhsullarının istehsalı üzrə 0,3%, maşın və avadanlıqların istehsalı və dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə isə 0,2% ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Interesting facts scroll top