» » Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıb

Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıb


Azərbaycanda bu ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən (DSK) ucarliyiq.biza daxil olan məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1%, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1%, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3% ucuzlaşıb.

"Dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1% bahalaşıb, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb",- DSK-nın məlumatında bildirilib.

scroll top