» » Azərbaycan qeyri-neft ixracını 25% artırıb

Azərbaycan qeyri-neft ixracını 25% artırıb

Azərbaycan qeyri-neft ixracını 25% artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 730,493 mln. dollar həcmində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 145,769 mln. dollar və ya 24,93% çoxdur.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyri-neft ixrac məhsulları arasında pambıq lifi ixracında kəskin artım qeydə alınıb. Belə ki, birinci yarımillikdə 23,552 mln. dollarlıq pambıq lifi ixrac olunub ki, bu da illik müqayisədə 7,5 dəfə çoxdur. Əsas qeyri-neft ixrac məhsullarından meyvə-tərəvəz ixracı illik 38,19% artaraq 230,066 mln. dollar, çay 49,88% artaraq 4,861 mln. dollar, spirtli və spirtsiz içikilər 16,18% artaraq 11,267 mln. dollar təşkil edib.

Şəkər, iplik pambıq ixracında isə əksinə, azalma qeydə alınıb. Şəkər ixracı 11,1% azalaraq 26,11 mln. dollar, iplik pambıq isə 16,16% azalaraq 8,044 mln. dollar təşkil edib.

scroll top