» » ÜST: Yəməndə aprel ayından bəri 1700 nəfər vəbadan ölüb

ÜST: Yəməndə aprel ayından bəri 1700 nəfər vəbadan ölüb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə bu il aprelin sonunda başlayan vəba epidemiyası nəticəsində indiyə qədər 1700 nəfərin öldüyünü qeydə alıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin vəbaya qarşı mübarizə üzrə eksperti Dominik Leqro Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"Son məlumatlara görə, Yəməndə 330 mindən çox vəbaya yoluxma və 1700 ölüm halı qeydə alınıb", - ekspert vurğulayıb.

scroll top