» » Nüman Qurtulmuş: "Fətullah Gülənin həbs edilərək Türkiyəyə ekstradisiyası üçün işlər görülür"

Nüman Qurtulmuş: "Fətullah Gülənin həbs edilərək Türkiyəyə ekstradisiyası üçün işlər görülür"


Türkiyə, Ankara. 14 iyul. "FETÖ terror təşkilatının rəhbəri Amerikada, Pensilvaniyada oturur. Amerika-Türkiyə münasibətləri baxımından Fətullah Gülən həbs edilməlidir".

ucarliyiq.bizun xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini Nüman Qurtulmuş xarici media nümayəndələri ilə görüşündə deyib.

Baş nazirin müavini qeyd edib ki, bütün faktlar ABŞ-a göndərilib və Gülənin həbs edilərək Türkiyəyə ekstradisiya edilməsi üçün işlər görülür: "Amerika bunu nəzərə almalıdır".

scroll top