» » Türkiyə baş nazirinin müavini: "FETÖ-çülər vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində ələ alırlar"

Türkiyə baş nazirinin müavini: "FETÖ-çülər vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində ələ alırlar"


Türkiyə, Ankara. 14 iyul. "2016-cı ilin iyulun 15-də dövlət çevirilişinə cəhd zamanı türk xalqı dövlətinə sahib çıxdı. Bu hadisələrlə bağlı hər şey şəffafdır".

ucarliyiq.bizun xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini Nüman Qurtulmuş xarici media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, bu hadisə ən böyük xəyanət idi: "Cinayətkar şəbəkə ilə üz-üzə qalmışdıq. Bu hadisələri, bunun arxasında dayananları unutmayacağıq, unutdurmayacağıq. Türkiyə demokratik ölkədir. Amma buna baxmayaraq, Türkiyədə 5 dəfə dövlət çevirilişi olub. Bu, xalqın seçiminə qarşı çıxmaqdır. Xalq 15 iyul hadisəsinin qarşısında dayandı. Biz bunu unutmarıq. Həmin gecə xalq qəhrəmanlıq nümayiş etdirdi. Qabartmadan deyirəm, bu hadisə Türkiyə, o cümlədən dünyada mühüm hadisə kimi yadda qalıb. Yəni, bu cür hadisədə dünya dövlətlərinin necə davrandığı məlum oldu. FETÖ terror təşkilatının iki üzü var. Bir üzünə baxanda təhsil, yardım işləri ilə məşğul olanlar görərsiniz. İkinci əsas üzü isə terrordur. Onlar dövlətin içinə sızmışdılar. Kimsə güman etməzdi ki, onlar dinc insanlara qarşı silah çəkərlər. Bunun digər terror təşkilatlarından fərqi yoxdur. İŞİD İslamı necə gözdən salırsa, onlar da o cür edirlər".

Baş nazirin müavini qeyd edib ki, bu terror təşkilatı təkcə Türkiyə üçün deyil, dünya üçün də təhlükəlidir: "Onlar vəzifəli şəxslərin uşaqlarını təhsil mərkəzlərində öz tərəflərinə çəkirlər. Bir neçə ölkədə fəaliyyət göstərirlər. Onlar həm də siyasətlə məşğul olurlar. Dinlə məşğul olursansa, siyasətlə nə işin?!"

N.Qurtulmuş bildirib ki, 15 iyul hadisəsində baş verənlər gerçəkdir: "Onlar istədiklərini etsəydilər, Türkiyədə hər şey başqa cür olacaqdı. Bu ölkə Suriyanın gününə salınacaq, bəlkə də hansısa dövlət tərəfindən işğal ediləcəkdi. Bu hadisənin planlaşdırılmış iş olduğunu iddia edənlər də var. Amma əmin olun ki, hər şey gerçəkdir, faktlar ortadadır. Biz ölkəni onlardan təmizləyirik. Onlar özlərini qəhrəman hesab edirlər. Nəyi qəhrəmanlıq hesab edirlər? Türkiyə prezidentini öldürməyi?!"

scroll top