» » Moskvaya məcburi eniş edən AZAL-ın təyyarəsi yaxın dəqiqələrdə Sankt-Peterburqa yola düşəcək

Moskvaya məcburi eniş edən AZAL-ın təyyarəsi yaxın dəqiqələrdə Sankt-Peterburqa yola düşəcək

Moskvaya məcburi eniş edən AZAL-ın təyyarəsi yaxın dəqiqələrdə Sankt-Peterburqa yola düşəcək
© Courtesy İmage

Bu gün Bakıdan havaya qalxan və Rusiyanın paytaxtı Moskva şəhərinin "Domodedovo" hava limanında məcburi eniş edən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin “Airbus A320” təyyarəsi Sankt-Peterburq şəhərinə uçmaq üçün lazımi icazə alıb.

Bunu ucarliyiq.biza açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

"Təyyarə Moskvadan Sankt-Peterburqa uçmaq üçün icazə alıb. Təyyarə uçuşqabağı bütün prosedurlardan keçib və artıq uçuşa başlamaq üzrədir. Həmin müddətdə sərnişinlər təyyarədə olublar və onların rahatlığının təmin olunmasını üçün isə bütün tədbirlər görülüb", - deyə P.Kəsəmənski əlavə edib.

Xatırladaq ki, bu gün Sankt-Peterburqun "Pulkovo" hava limanında keçirilən xüsusi tədbirlə əlaqədar olaraq AZALın “Airbus A320” təyyarəsi "Domodedovo" limanına yönləndilirilib və orada eniş edib. Təyyarənin göyərtəsində 163 sərnişin və 7 heyət üzvü var.

AZAL məsələ ilə bağlı bildirib ki, müvafiq icazə alındıqdan sonra “Airbus A320” təyyarəsi Moskvadan Sankt-Peterburqa uçacaq: "Sankt-Peterburqdan Bakıya olan reys də öz növbəsində yubanır".

Interesting facts scroll top