» » ECB sentyabrda monetar stimullaşdırmadan imtina barədə xəbərdarlıq edə bilər

ECB sentyabrda monetar stimullaşdırmadan imtina barədə xəbərdarlıq edə bilər


Avropa Mərkəzi Bankı (ECB) böyük ehtimalla bu ilin sentyabr ayında monetar stimullaşdırma proqramının 2018-ci ildə tədricən tamamlanması barədə siqnallar verə bilər.

ucarliyiq.biz "The Wall Street Journal"a istinadən xəbər verir ki, hətta avqustun sonunda ECB sədri Mario Draqinin bu barədə açıqlamalar verəcəyi gözlənilir.

İnvestorların bir qismi monetar stimullaşdırma proqramının uzadılaraq azaldılmasını proqnozlaşdırarkən, digər qismi tam olaraq qısa müddətdə azaldılacağını ehtimal edir. Qeyd edək ki, iyun ayında M.Draqi Avrozona iqtisadi artımının monetar stimullaşdırmanı bitirmək barədə qərarı dəstəklədiyini açıqlayıb. ECB-nin sentyabrın 7-də növbəti iclası gözlənilir. Amma bundan 2 həftə əvvəl M.Draqinin FED-in illik simpoziumunda çıxış edəcəyi bildirilir.

ucarliyiq.biz-in analitik qrupu bildirir ki, ECB və FED-in qərarları valyuta bazarlarında ciddi dalğalanmalar yaradacaq. Hər iki valyuta monetar siyasətlərinin dəyişməsinə uyğun olaraq kəskin dəyişikliklər göstərəcək. Monetar stimullaşdırmadan imtina qərarları maliyyə bazarlarında likvidliyin azalmasına, faizlərin isə artmasına gətirib çıxaracaq ki, bunun da əsas mənfi təsiri inkişaf etməkdə olan ölkələrdə hiss ediləcək.

Interesting facts scroll top