» » Pentaqon rəhbəri: ABŞ İŞİD liderinin ölümünü təsdiqləyə bilməz

Pentaqon rəhbəri: ABŞ İŞİD liderinin ölümünü təsdiqləyə bilməz

Pentaqon rəhbəri: ABŞ İŞİD liderinin ölümünü təsdiqləyə bilməz
© Foto: "AP"

ABŞ İŞİD rəhbəri Əbu Bəkir əl-Bağdadinin öldürüldüyünü təsdiqləyə bilməz.

ucarliyiq.biz "Reuters"ə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Ceyms Mettis deyib.

"Əgər biz bunu bilsəydik, sizə deyərdik. Mən indi bunu təsdiqləyə və ya təkzib edə bilmərəm" – deyə ABŞ-ın müdafiə naziri bildirib. ABŞ rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar İŞİD liderinin öldürülməsi barədə sübutlar əldə etmədiyindən Əbu Bəkir əl-Bağdadinin sağ qaldığı güman edilir.

Qeyd edək ki, bundan əvvəl Suriyanın İnsan Hüquqları Rəsədxanası İŞİD rəhbərinin öldürüldüyünü bildirib.

scroll top