» » Bu ilin altı ayında 10,5 min “Elektron imza” sertifikatı istifadəyə verilib

Bu ilin altı ayında 10,5 min “Elektron imza” sertifikatı istifadəyə verilib

Bu ilin altı ayında 10,5 min “Elektron imza” sertifikatı istifadəyə verilib

Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən bu ilin 6 ayı ərzində istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10 582-yə çatıb.

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Elektron imza” alan dövlət qurumlarının payı 3 440, fiziki şəxslərin payı 2 582, hüquqi şəxslərin payı isə 4 560-dır.

Son bir ayda istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı isə 3 minə yaxın olub. Yəni, 2017-ci ilin təkcə iyun ayında verilən 2 736 “Elektron imza” sertifikatının 534-ü dövlət qurumlarının, 622-si hüquqi şəxslərin, 1 580-i isə fiziki şəxslərin payına düşür.

“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 69 422, fiziki şəxslər üzrə 19 792, hüquqi şəxslər üzrə isə 21 584 olmaqla, ümumilikdə 110.798 “Elektron imza” sertifikatı istifadəyə verilib.

Nazirliyin məlumatına görə, elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən toplam 18 858 500, hüquqi və fiziki şəxslər üzrə toplam 4 777 203 olmaqla, ümumilikdə 23 635 703 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. Cari ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 5 782 910 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 24,47%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 4 062 106, hüquqi və fiziki şəxslərin payına isə toplam 1 720 804 autentifikasiya və elektron imza əməliyyatı düşür.

Qeyd edək ki, elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.

Interesting facts scroll top