» » "Rosturizm"in rəhbəri: "Azərbaycan Xəzər dənizində kruiz turizminin inkişafında maraqlıdır"

"Rosturizm"in rəhbəri: "Azərbaycan Xəzər dənizində kruiz turizminin inkişafında maraqlıdır"

"Rosturizm"in rəhbəri: "Azərbaycan Xəzər dənizində kruiz turizminin inkişafında maraqlıdır"

Rusiya Federal Turizm Agentliyi ("Rosturizm") digər ölkələri də cəlb etməklə Xəzər dənizində kruiz turizmini inkişaf etdirmək niyyətindədir.

ucarliyiq.biz Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Rosturizm"in rəhbəri Oleq Safonov bildirib.

O deyib ki, Xəzər dənizində kruiz turizminin inkişafı prosesinə Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan cəlb edilə bilər. O.Safonov sözlərinə görə, bu turistik istiqamət çox perspektivlidir, digər ölkələrlə səylərin birləşdirilməsi isə tamamilə yeni yüksək keyfiyyətli məhsul yaratmağa imkan verəcək.

"Rosturizm" rəhbəri bildirib ki, artıq Azərbaycan və İran Xəzər dənizində kruiz turizmin inkişafına maraqlarını ifadə ediblər.

Interesting facts scroll top