» » Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən və yaralananlar var

Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən və yaralananlar var


Türkiyədə PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib.

ucarliyiq.bizun məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Hakkari vilayətinin Şəmdinli rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə hücumu zamanı bir nəfər həlak olub.

Hücum zamanı eyni zamanda daha iki təhlükəsizlik qoruyucusu da yaralanıb. Yaralılar Yüksəkova Dövlət Xəstıxanasına yerləşdirilib.

Terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.

scroll top