» » Binəli Yıldırım: "Türk ordusu 15 İyul hadisələri zamanından daha çox güclüdür"

Binəli Yıldırım: "Türk ordusu 15 İyul hadisələri zamanından daha çox güclüdür"


Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərək 15 iyul tarixinin Demokratiya və Milli Birlik Günü olduğunu xatırladıb.

“Report”un Anadolu Agentliyinə istinadən məlumatına görə, baş nazir bildirib ki, Türkiyə ordusu 15 iyul hadisələrindən əvvəlki dövrə nisbətən daha güclüdür: "Türkiyənin ən qaranlıq və uzun gecəsini aydın bir səhərə, düşmən işğalının xalq dastanına çevrilməsindən bir il ötür. Əgər yenidən TBMM-də toplaşa bilmişiksə bunu 250 qəhrəman şəhidimizə, 2 193 nəfər qazimizə və türk millətinə borcluyuq. Vətən sizə minnətdardır. 15 İyul tarixi işğala qarşı millətin əliyalın silalıların üzərinə getdiyi gündür. 15 İyul tarixi dünya dövlətlərinə bir xalq necə olmalıdır, bir Vətən necə qorunmalıdır dərsinin verdildiyi gündür. 15 İyul milli iradənin bombalanarkən belə təslim olmayacağını bütün dünyaya elan edildiyi gündür".

B.Yıldırım çıxışında həmin gün xalqın qorxmadığını və zəfər yalnız qorxmayanlara aid olduğunu bildirib: “Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə milyonlarla insan, millətinə, Vətəninə, bayrağına, dövlətinə sahib çıxmaq üçün ikinci qurtuluş mücadələsinə baladı. FETÖ-nün dili ilə danışanlar 15 İyulun ruhunu hiss etməyənlərdir və onlar yalnız idarə olunmaqla bir yerə toplaşanlardır. Allah belə qaranlıq gecəni bir daha ölkəmizə qismət etməsin”.

Interesting facts scroll top