» » Azərbaycanda iyunda minik avtomobillərinin qiymətləri sabit qalıb

Azərbaycanda iyunda minik avtomobillərinin qiymətləri sabit qalıb


Azərbaycanda iyun ayında minik avtomobillərinin orta aylıq qiymətləri əvvəlki ayla müqayisədə dəyişməz qalıb. Bu ilin iyun ayında 1 minik avtomobilinin orta aylıq qiyməti 32 073,66 manat təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İstehlak məhsulllarının qiymət indeksinə əsasən yanvarda maşınların qiymətində aylıq 0,8%, fevralda 0,6% artım olub, mart ayında qiymət sabit qalıb, daha sonra aprel ayında isə yenidən 1,6% artıb.

scroll top