» » Fransa Qətər üzərindən sanksiyaları götürməyə çağırıb

Fransa Qətər üzərindən sanksiyaları götürməyə çağırıb

Fransa Qətər üzərindən sanksiyaları götürməyə çağırıb

Fransa hökuməti ərəb ölkələri tərəfindən tətbiq olunan Qətər əhalisinə aid məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb.

ucarliyiq.biz "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.

"Fransa əhaliyə, xüsusilə də üzvləri müxtəlif ölkələrdən olan və ayrı düşən ailələrə aid tədbirlərin daha tez bir zamanda ləğvinə çağırıb", - deyə Jan-İv Le Drian bildirib.

O, bu bəyanatla Dohaya səfəri zamanı çıxış edib.

Qeyd olunur ki, Fransanın xarici siyasət idarəsinin rəhbəri iyulun 15-də Səudiyyə Ərəbistanına, iyulun 16-da isə Küveyt və BƏƏ-yə səfər etmək niyyətindədir.

Interesting facts scroll top