» » Gürcüstan ölkədə ilk yeraltı qaz anbarının tikintisi ilə əlaqədar açıq beynəlxalq tender elan edib

Gürcüstan ölkədə ilk yeraltı qaz anbarının tikintisi ilə əlaqədar açıq beynəlxalq tender elan edib


Tbilisi. 15 iyul. Gürcüstanın Neft-Qaz Korporasiyası (GNQK) iyulun 15-də ölkədə ilk yeraltı qaz anbarının tikintisi (“Layihələndirmə, avadanlığın alınması, quraşdırma və istismara verilməsi”) ilə əlaqədar açıq beynəlxalq tender elan edib.

“Reprt”un Gürücstan bürosu xəbər verir ki, bununla əlaqədar GNQK məlumat yayıb.

Məlumatda bildirilir ki, yeni qaz anbarının Tbilisi yaxınlığındakı Samqori adlanan ərazidəki neft yatağının yerində tikiləcək.

Yeraltı qaz anbarının tikintisinə 2018-ci ilin birinci yarısında başlanılması planlaşdırılır. İlkin mərhələdə iki yeraltı kəşfiyyat quyusu qazılacaq və geoloji göstəricilər öyrəniləcək. Anbarın tikintisinin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulub və anbar Azərbaycan qazı hesabına doldurulacaq.

Məlumatda bildirilir ki, 2016-cı ilin aprelində Fransanın Geostock S.A.S. şirkəti yeraltı qaz anbarının iqtisadi-texniki əsaslandırılması layihəsini başa çatdırıb. Şirkətin layihəsində Samqoridə 210-280 milyon kubmetr həcmində qaz anbarının tikintisinin mümkünlüyü təsdiq olunub. Bu da, Gürcüstanın təbii qaza olan illik tələbatının 15 faizi deməkdir.

Qeyd edək ki, Azərbaycan da bu tenderdə iştirak etmək niyyətindədir. “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib ki, Azərbaycan da bu tenderdə iştirak edəcək. Lakin görüləcək işlər barədə yalnız tenderin nəticələri elan olunduqda sonra danışmaq olacaq.

“Bu günədək keçirilən bütün mərhələlərdə Azərbaycan tərəfi müşahidəçi olub və prosesləri yaxından izləyir”, – deyə M.Məmmədov əlavə edib.

Interesting facts scroll top