» » Hindistanda prezident seçkiləri keçiriləcək

Hindistanda prezident seçkiləri keçiriləcək


Bazar ertəsi Hindistanda prezident seçkiləri keçiriləcək. ucarliyiq.bizun məlumatına görə, bu seçkilər 1950-ci ildən bəri Hindistanda keçirilən 15-ci prezident seçkisi olacaq. Seçkilər yerli vaxtla saat 10:00-da başlayacaq (Bakı vaxtı ilə 08:30), saat 17:00-a (Bakı vaxtı ilə 15:30) qədər davam edəcək.

Ölkənin birinci postu uğrunda toxunulmazlar kastasından olan Ram Naxt Kovind və hakim partiyadan olan namizəd, həmçinin toxunulmazlar kastasının nümayəndəsi Meyra Kumar mübarizə aparacaqlar.

Xatırladaq ki, Hindistanda prezident ümumxalq səsverməsi ilə seçilmir. Ölkənin ali postu üçün seçimi seçicilər kollegiyaları həyata keçirir. Onlar isə ölkə parlamentinin aşağı və yuxarı palatalarından təyin olunur.

scroll top