» » Azərbaycanda 19 mln. ton neft hasil edilib

Azərbaycanda 19 mln. ton neft hasil edilib


Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 19,161 mln. ton xam neft hasil edlib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 19,137 mln. tonu əmtəəlik xam neft olub. Hesabat dövründə neft hasilatı 9% azalıb.

Bu ilin ilk yarısında ölkədə 9 343,2 mln. kubmetr həcmində əmtəəlik qaz hasil edilib. Əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.

scroll top