» » Azərbaycanda yük və sərnişin daşınması artıb

Azərbaycanda yük və sərnişin daşınması artıb

Azərbaycanda yük və sərnişin daşınması artıb
© Report.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 109,1 mln. ton yük və 938,7 mln. sərnişin daşınıb.

Bu, Dövlət Statistika Komitəsindən ucarliyiq.biza daxil olan məlumatda bildirilib.

"Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,0%, sərnişin daşınması isə 2,4% artıb. Yüklərin 62,9%-i avtomobil, 26,8%-i boru kəməri, 6,6%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 87,4%-i avtomobil, 12,3%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Bundan başqa, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,1% azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 80,6% təşkil edib", - məlumatda qeyd edilib.

scroll top