» » Benqazinin minadan təmizlənməsi zamanı 40-dan çox mühəndis ölüb

Benqazinin minadan təmizlənməsi zamanı 40-dan çox mühəndis ölüb


Liviyanın Benqazi şəhərinin minalardan təmizlənməsi nəticəsində Liviya milli ordusunun (LMO) 43 mühəndisi həlak olub, daha 27 nəfər yaralanıb.

ucarliyiq.bizun məlumatına görə, hərbçilərin nümayəndəsi bildirib ki, son 10 gün ərzində dinc əhali tərəfindən mina partlaması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Ordu 2014-cü ildən şəhərdə ekstremistlərə, o cümlədən İŞİD terror təşkilatı tərəfdarları və "Əl-Qaidə" ilə əlaqəli quldur dəstələrinə qarşı amansız döyüşlər aparırdı.

Ötən il noyabrın ortalarından ordu qərb məhəllələrinə hücuma başlayıb, son vaxtlar isə ekstremistləri Benqazinin şimalında olan son dayaqlarından sıxışdırıb çıxarmağa çalışıb.

Interesting facts scroll top