» » İstanbulda leysan yağıb, metro stansiyalarını və küçələri su basıb - VİDEO

İstanbulda leysan yağıb, metro stansiyalarını və küçələri su basıb - VİDEO

İstanbulda leysan yağıb, metro stansiyalarını və küçələri su basıb - VİDEO
© NTV

İstanbulda yağan güclü yağışlar bir neçə metro stansiyasını su altında qoyub, şəhərin bir çox rayonunda avtomobillərin hərəkəti iflic vəziyyətinə düşüb.

ucarliyiq.biz NTV televiziyasına istinadən xəbər verir ki, bəzi küçələri, yeraltı dayanacaqları, binaların zirzəmilərini və alt mərtəbələrini su basıb.

Leysan yağışları ictimai nəqliyyatın hərəkətində də fasilələr yaradıb.

Türkiyənin Fövqəladə Hallar üzrə Departamentinin Əlaqələndirmə Mərkəzi sürüşmə riskinin olduğu barədə xəbərdarlıq edib.

Meteoroloqlar yağışın Mərmərə və Trakya dənizləri regionunda güclənəcəyi barədə də xəbərdarlıq ediblər.

Şəhər meriyası sürücüləri vəziyyət normallaşanadək yola çıxmamağa çağırıb.

Interesting facts scroll top