» » DGK rəhbəri: "Biz Gürcüstan və Türkiyə ilə əməkdaşlığa Mərkəzi Asiya ölkələrini cəlb etmək niyyətindəyik"

DGK rəhbəri: "Biz Gürcüstan və Türkiyə ilə əməkdaşlığa Mərkəzi Asiya ölkələrini cəlb etmək niyyətindəyik"

DGK rəhbəri: "Biz Gürcüstan və Türkiyə ilə əməkdaşlığa Mərkəzi Asiya ölkələrini cəlb etmək niyyətindəyik"
© Report.az

"Biz Gürcüstan və Türkiyə ilə üçtərəfli əməkdaşlığımıza Mərkəzi Asiya ölkələrinin sərhəd qurumları və gömrük idarələrini gələcəkdə cəlb etmək niyyətindəyik. Bu, bir növ yaratmaq istədiyimiz zəncirdir".

Bu barədə ucarliyiq.biza Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycana Bakı-Tbilisi-Qars layihəsinin işləməsi lazımdır: "Çini bu ölkəyə yalnız BTQ vasitəsilə birləşdirmək olar. Ona görə də biz Qazaxıstanın yeni limanına investisiyalar qoyuruq".

O qeyd edib ki, bu mövzu sabah Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri başçılarının görüşündə müzakirə oluna bilər.

scroll top