» » Azərbaycanın magistral kəmərləri ilə 21 mln. ton neft nəql olunub

Azərbaycanın magistral kəmərləri ilə 21 mln. ton neft nəql olunub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 21 052,7 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,3%i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 474,7 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3 263,0 min ton tranzit nefti də nəql edilib

scroll top